Fövqəladə Hallar İdarəsi Xidmətində təsdiqləyirlər ki, Poniçalada partlayan binada ana və uşağı axtarırlar
Fövqəladə Hallar İdarəsi Xidmətində təsdiqləyirlər ki, Poniçalada partlayan binada ana və uşağı axtarırlar

Fövqəladə Hallar İdarəsi Xidmətinin rəhbəri vəzifəsini icra edən Şalva Xutsişvili bəyan edir ki, partlayış yerində ana və uşaq axtarılır.

Şalva Xutsişvili bəyan etdi ki, xilas edicilər hadisə yerində səhər saatlarından işləyirlər.

Hazırda onlar ərazinin dağıntılardan təmizlənməsi üzərində çalışırlar.

Hadisə ilə bağlı rəsmi şərh hələ verilməyib, mövcud olan məlumata görə, partlayışa təbii qazın sızması səbəb olub.

Hadisə yerindən üç nəfər xəstəxanaya aparılıb.

Yanıq müalicəsi mərkəzinin rəhbəri Quqa Kaşibadzenin bəyanatına görə, hər üç nəfərin vəziyyəti ağırdır.

Tbilisidə, Zemo-Poniçalada partlayış bugün səhər baş verib.

Yayılan məlumata görə, partlayış, korpusun 3-cü və 4-cü mərtəbəsini dağıdıb.