Floridalı kişi Donald Trampı, senator Cey Di Vensi və onların ailələrini hədələdiyi üçün həbs edilib
Floridalı kişi Donald Trampı, senator Cey Di Vensi və onların ailələrini hədələdiyi üçün həbs edilib

Floridada bir nəfər ABŞ-ın keçmiş prezidenti Donald Tramp, senator Cey D.Vens və onların ailələrinə qarşı sosial şəbəkələrdə təhdidlər yazmaqda ittiham olunaraq həbs edilib.

Amerika mətbuatı xəbər verir ki, bu barədə Yupiter şəhərinin polis idarəsi məlumat yayıb.

Mayk Uayzman öldürməklə hədələmək ittihamı ilə həbs edilib və həbsxanaya aparılıb.

İstintaqın məlumatına görə, Mayk Uayzman Facebook sosial şəbəkəsində Donald Tramp və onun vitse-prezidentliyə namizədi Vansın ünvanına bir neçə təhdid mesajı yazıb. O, həmçinin Tramp və Vance ailə üzvlərinə fiziki zərər vurmaqla bağlı hədələr dərc edib.

Bir neçə vətəndaş internetdə təhdid xarakterli yazılarla bağlı yerli polisə məlumat verib.

Florida ştatının Yupiter şəhəri Donald Trampın Mar-a-Laqo iqamətgahından təxminən 20 mil məsafədədir.