Finlandiya prezidenti - Biz müharibənin Finlandiya sərhədlərinə yaxınlaşmasına öyrəşməliyik
Finlandiya prezidenti - Biz müharibənin Finlandiya sərhədlərinə yaxınlaşmasına öyrəşməliyik

Finlandiya prezidenti Aleksandr Stubb Rusiyanın Finlandiya sərhədi yaxınlığındakı “Olenya” aerodromuna edilən hücumu qiymətləndirərkən Finlandiyanın təhlükəsizliyinə birbaşa təhdid olmadığını deyir. Lakin, Stubb deyir ki, finlər müharibənin Finlandiya sərhədlərinə yaxınlaşmasına öyrəşməlidirlər.

“Biz öyrəşməliyik ki, Ukrayna bu müharibədə qalib gəlmək üçün bütün vasitələrdən istifadə etməlidir və bu həm də müxtəlif növ zərbələr deməkdir. Rusiya da hibrid zərbələri davam etdirəcək”, – Finlandiya prezidenti bildirib.

Stubbın sözlərinə görə, o, Finlandiyanın baş naziri və İsveçin baş naziri Ulf Kristersonla Rusiya aerodromuna hücumla bağlı danışıb.

“Əsas mesaj ondan ibarətdir ki, Finlandiyada narahat olmağa əsasımız yoxdur. Biz vəziyyətə nəzarət edirik və reaksiya verə bilərik”, – Finlandiya prezidenti bildirib.