FIFA-nın Dünya Kupasını Gürcüstana bugün gətirəcəklər
FIFA-nın Dünya Kupasını Gürcüstana bugün gətirəcəklər

FIFA-nın Dünya Kupasını Gürcüstana bugün gətirəcəklər.

2018-ci ilin Dünya Çempionatının əsas simvolunu Tbilisi Hava limanında paytaxtın meri Kaxa Kaladze qarşılayacaq.

Dünya Kupası Tbilisi Meriyasının, Futbol Federasiyasının və Koka-Kokanın partnyorluğu ilə gətirilir.

Dünya Kupası 2018-ci ilin çempionatının başlamasına qədər altı qitənin 51 ölkəsinin 91 şəhərini gəzəcək və Tbilisidə onlardan biridir.

Kupanın “səyahəti”, 2018-ci ilin futbol çempionatının keçirildiyi Moskva şəhərində başa çatacaq.

Dünya Çempionatı iyunun 14-dən, iyulun 15-nə qədər Rusiyada keçiriləcək.

Matçların birbaşa translyasiyasını Birinci kanal təqdim edəcək.