Fələstin tərəfdarları Avstraliya Parlamentinin binasının damına çıxıblar və bannerlər açıblar
Fələstin tərəfdarları Avstraliya Parlamentinin binasının damına çıxıblar və bannerlər açıblar

 
Fələstin tərəfdarları Avstraliya Parlamentinin binasının damına çıxıblar və bannerlər açıblar.

Bu haqda məlumatı “Guardian” yayır.

Qara geyimli 4 nəfər dama çıxıb və “Çaydan dənizə Fələstin azad olacaq” yazılmış banner açıblar.

Aksiya iştirakçılarından biri, İsrailin müharibə cinayətləri törətdiyini deyib.

“Biz unutmayacağıq, bağışlamayacağıq və müqavimətimizi davam etdirəcəyik”- aksiyanın iştirakçısı bildirib.