Federal Təhqiqatlar Bürosunun məlumatına görə, Donald Trampa hücum edən şəxs təkbaşına hərəkət edib
Federal Təhqiqatlar Bürosunun məlumatına görə, Donald Trampa hücum edən şəxs təkbaşına hərəkət edib

ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, Donald Trampa hücum edən şəxs təkbaşına hərəkət edib.

“Biz təcavüzkarın mobil telefonuna daxil olmaq üçün işimizi davam etdiririk. Telefon Quantico laboratoriyasına göndərilib”, – Federal Təhqiqatlar Bürosu bildirib.

Həmçinin, məlum olduğu kimi, hələlik hücumla hər hansı ideoloji əlaqə aşkarlanmayıb. İstintaq adam öldürməyə cəhdlə bağlı davam edir, lakin həm də potensial məişət terror aktı kimi qiymətləndirilir. Təcavüzkarın ailəsi də istintaqla əməkdaşlıq edir. Donald Trampa hücum üçün istifadə edilən silah qanuni olaraq alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin avtomobilində şübhəli qurğu aşkarlayıb və araşdırma aparırlar.

Məlum olduğu kimi, hazırda Federal Təhqiqatlar Bürosunda təcavüzkarın psixi sağlamlıq problemləri ilə bağlı heç bir məlumat yoxdur.

Batler şəhərində tərəfdarları ilə görüş zamanı ABŞ-ın keçmiş prezidenti Donald Tramp güllələnib. Nəticədə o, xəsarət alsa da, həyatı üçün təhlükə yoxdur. Atışma zamanı mitinqin bir iştirakçısı həlak olub. Daha iki nəfərin vəziyyəti ağırdır. ABŞ Federal Təhqiqat Xidmətinin məlumatına görə, Pensilvaniyada Donald Trampı öldürməyə cəhd olub. Bundan əlavə, istintaq xidməti Trampa hücumda iştirak edən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb. Rəsmilərin sözlərinə görə, o, zərərsizləşdirilib.