Ermənistanda daşqınlar nəticəsində azı 3 nəfər həlak olub, müxtəlif yaşayış məntəqələrindən yüzlərlə insan təxliyə edilib
Ermənistanda daşqınlar nəticəsində azı 3 nəfər həlak olub, müxtəlif yaşayış məntəqələrindən yüzlərlə insan təxliyə edilib

 
Ermənistanda güclü daşqınlar nəticəsində azı 3 nəfər həlak olub.

Media, Alaverdi şəhərində evləri su basması haqda məlumat verir. Alaverdi icmasının Karkop hissəsində Debeda çayının üzərindəki körpü uçub. Kəndi su basıb.

Məcrasından çıxmış Debeda çayı Axtalı kəndi ərazisindəki körpünü aparıb, dəmir yolunda su basmış yerlər var.

Tavuş bölgəsində iki körpü uçub, üç yaşayış evi dağılıb, 45 evi və iki mehmanxananı su basıb.

Ermənistanın müxtəlif yaşayış məntəqələrindən yüzlərlə insan təxliyə edilib.

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatında, xilasetmə işlərinin bu vaxtadək davam etdiyi deyilir. Ermənistanın Baş naziri Nikol Paşinyan təbii fəlakət bölgəsinə gedib.