Entoni Blinken - NATO sammiti Ukraynanın alyansa qoşulmaq yolunda əlaqələrini gücləndirəcək
Entoni Blinken - NATO sammiti Ukraynanın alyansa qoşulmaq yolunda əlaqələrini gücləndirəcək

 
NATO sammiti Ukraynanın alyansa qoşulmaq yolunda əlaqələrini daha da gücləndirəcək-bu haqda ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşü zamanı deyib.

“Biz son həftələr və aylar ərzində çox çalışdıq və sammitdə Ukraynaya olduqca güclü dəstək paketinin şahidi olacaqsınız” – Blinken qeyd edib.

O, müttəfiqlərin Ukraynanın hərbi, eləcə də iqtisadi və demokratik nöqteyi-nəzərdən güclü olması üçün səylərini davam etdirəcəklərini bildirib.

ABŞ dövlət katibi Rusiya tərəfindən Kiyevin Uşaq Xəstəxanasının ərazisinə dünən edilmiş hücumdan da danışıb və bu hücumun, Ukrayna və onun müdafiə imkanlarının dəstəklənməsinin vacibliyini vurğuladığını qeyd edib.

Blinken, güclü və uğurlu Ukraynanın Kremlin təcavüzünə ən yaxşı cavab olduğunu deyib.