Entoni Blinken - Gürcüstanda "Xarici agentlər haqqında" qanuna görə narahatıq, buna cavab olaraq nə edə biləcəyimizə olduqca ciddi baxırıq və mən tədbir görəcəyimizi gözləyirəm
Entoni Blinken - Gürcüstanda "Xarici agentlər haqqında" qanuna görə narahatıq, buna cavab olaraq nə edə biləcəyimizə olduqca ciddi baxırıq və mən tədbir görəcəyimizi gözləyirəm

 
Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulundan olduqca narahatıq-bu haqda ABŞ-ın dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə bildirib.

“Biz, “Xarici agentlər haqqında” qanunun qəbulundan olduqca narahatıq. Fikrimcə, bu, təəssüf ki, Moskvanın dərsliyindən (təlimat) götürülüb. Bunun gürcülərin mütləq əksəriyyətinin Avropa İttifaqına gedən yolda irəliləmək və inteqrasiya istəyi ilə ziddiyyət təşkil etdiyini düşünürəm. Belə ki, buna cavab olaraq nə edə biləcəyimizə olduqca ciddi baxırıq və mən tədbir görəcəyimizi gözləyirəm. Avropa İttifaqı bu qanunun Gürcüstanın üzvlük prosesinə nə təsiri olacağını müşahidə edir. Beləliklə, mən deyərdim ki, bu qanunun qəbulunun nəticələrinin ola biləcəyini gözləyirəm”- deyə Blinken açıqlayıb.