Entoni Blinken - Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır
Entoni Blinken - Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır

 
Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır-bu haqda ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşü zamanı deyib.

ABŞ Dövlət Departamentinin rəhbəri bildirib ki, Azərbaycan və Ermənistan dayanıqlı, layiqli sülh danışıqları istiqamətində vacib işlər görüblər, bu da iki ölkə arasında, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradır.

“ABŞ Avropa İttifaqı və digər tərəfdaşlarla birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən inanıram ki, tərəflər ABŞ-nin da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-nin razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini birlikdə müzakirə edəcəyik”- deyə Entoni Blinken bildirib.