Emmanuel Makron və Olaf Şolts, Ukraynaya Rusiya ərazisindəki hərbi obyektləri vurmağa imkan verilməsi gərəkdiyini deyirlər
Emmanuel Makron və Olaf Şolts, Ukraynaya Rusiya ərazisindəki hərbi obyektləri vurmağa imkan verilməsi gərəkdiyini deyirlər

 
Fransa və Almaniyanın liderləri, Ukraynaya Rusiyanın daxili ərazisindəki digər hədəflər istisna olmaqla, hərbi obyektləri vurmağa imkan verilməsi gərəkdiyini deyirlər. Bu haqda məlumatı “Reuters” yayır.

“Biz Ukraynanı dəstəkləyirik və eskalasiya istəmirik, bu dəyişməyib. Fikrimizcə, onlara raketlərin atıldığı hərbi obyektləri, Ukraynaya hücumun edildiyi hərbi obyektləri zərərsizləşdirməyə imkan verməliyik, lakin onların Rusiyadakı digər hədəfləri, mülki və ya digər hərbi obyektləri vurmasına imkan verməməliyik”-bu haqda Fransanın Prezidenti Emmanuel Makron Almaniyanın kansleri Olaf Şoltsla Almaniyada birgə mətbuat konfransında deyib.

Öz növbəsində Olaf Şoltsun bəyan etdiyi üzrə, Fransanın Prezidentinin düşüncələrini bölüşür. Onun bəyanatına əsasən, nə qədər ki, Ukrayna silah tədarük edən ölkələrin, o cümlədən ABŞ-ın şərtlərinə və beynəlxalq hüquqa hörmət edir, özünü müdafiə etmək hüququna malikdir.

“Ukraynanın beynəlxalq hüquqa əsasən gördüyü işləri görmək üçün bütün imkanları var. Bunu birbaşa demək lazımdır. Bəzi insanların Ukraynaya özünü müdafiə və buna uyğun tədbirlər görmək imkanının verilməməsini iddia etməsi qəribəmə gəlir” – Almaniyanın kansleri Olaf Şolts bildirib.