Emmanuel Makron - Mənim fikirlərim Donald Trampladır, ona tezliklə sağalmasını arzulayıram, bu, demokratiyamız üçün faciədir
Emmanuel Makron - Mənim fikirlərim Donald Trampladır, ona tezliklə sağalmasını arzulayıram, bu, demokratiyamız üçün faciədir

Fikirlərim sui-qəsd cəhdinin qurbanı olan prezident Donald Trampladır. Ona tezliklə sağalmasını arzulayıram”, – Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə yazıb.

“Bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu, demokratiyamız üçün faciədir. Fransa Amerika xalqının şokunu və qəzəbini bölüşür”, – Fransa prezidenti yazıb.

Məlumat üçün bildirək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Batler şəhərində tərəfdarları ilə görüş zamanı güllələnib. Nəticədə o, xəsarət alsa da, həyatı üçün təhlükə yoxdur. Atışma zamanı mitinqin bir iştirakçısı həlak olub. Daha iki nəfərin vəziyyəti ağırdır. ABŞ Federal Təhqiqat Xidmətinin məlumatına görə, Pensilvaniyada Donald Trampı öldürməyə cəhd olub. Bundan əlavə, istintaq xidməti Trampa hücumda iştirak edən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb. Rəsmilərin sözlərinə görə, o, zərərsizləşdirilib.