Emmanuel Makron baş nazir Qabriel Attalın istefa xahişini təmin edib
Emmanuel Makron baş nazir Qabriel Attalın istefa xahişini təmin edib

 
Fransanın Prezidenti Emmanuel Makron baş nazir Qabriel Attalın istefa xahişini təmin edib.

Yeni hökumət təyin olunana qədər Attal və digər nazirlər səlahiyyətlərin icraçısı olaraq qalacaqlar, sonra isə Qabriel Attal yeni Milli Assambleyada deputat kimi işləməyə davam edəcək.

“Bu dövrün mümkün qədər tez başa çatması üçün respublikaçı qüvvələr fransız xalqının maraqlarına uyğun layihələr və qərarlar ətrafında vahid cəbhə yaratmaq üçün birgə işləməlidirlər”-Yelisey sarayı tərəfindən yayılmış bəyanatda qeyd olunub.

Qabriel Attal parlament seçkilərinin nəticələrinin dərc edilməsindən sonra Emmanuel Makrona istefa xahişi ilə müraciət edib, lakin Makron ondan müvəqqəti olaraq vəzifədə qalmasını istəyib. Məlumat üçün bildirək ki, Makronun mərkəzçi bloku parlament seçkilərində ikinci yeri tutub.

Qabriel Attal yanvarın 9-dan hökumətə rəhbərlik edirdi. O, 34 yaşında müasir Fransa tarixində ən gənc baş nazir oldu.