Ekaterine Tikaradze - "Sinofarmın" keyfiyyəti ilə bağlı heç bir sual işarəsi yoxdur
Ekaterine Tikaradze - "Sinofarmın" keyfiyyəti ilə bağlı heç bir sual işarəsi yoxdur

Macarıstanın requlyasiya komisiyası tərəfindən “Sinofarm” etibar ediləcək vaksina kimi elan edildi və bunun əsasında, biz də onu Gürcüstan bazasına gətirməyə qərar verdik, – bu bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze verdi.

Onun dediyinə görə, Çin vaksinası ilə 40 milyondan artıq insan peyvənd edilib və onunla bağlı hərhansı sual işarəsi olmayıb.

Səhiyyə Nazirinin dediyinə görə, “Sinofarm” Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən avtorizasiya gözləyir və Gürcüstanın bu təşkilatla, məsələ ilə bağlı intensiv komunikasiyası davam edir.

“Əsas olan odur ki, “Sinofarm” ilə 40 milyon insan peyvənd edilib və indiyə qədər vaksinlə bağlı heç bir sual işarəsi yaranmayıb.  Bizim ÜST-lə, məsələ ilə bağlı intensiv yazışmamız davam edir və vaksinanın avtorizasiyasından sonra, onun istifadəsinə keçəcəyik”, – dedi Ekaterine Tikaradze.