Ekaterine Tikaradze - Əhaliyə bunu başa salmaq çətindir, ancaq Gürcüstan koronavirusdan ən aşağı ölüm göstəricilərini qoruyur
Ekaterine Tikaradze - Əhaliyə bunu başa salmaq çətindir, ancaq Gürcüstan koronavirusdan ən aşağı ölüm göstəricilərini qoruyur

Səhiyyə Naziri Ekaterine Tikaradzenin bəyanatına görə, bu mərhələdə Gürcüstanda koronavirusun yayılmasının artan fazası davam edir.

Onun dediyinə görə, koronavirus hallarının artmasına baxmayaraq, ölkədə virusdan həlak olmanın faiz göstəriciləri yüksək deyil.

“Biz ölkədə infeksiyanın göstəriciləri ilə bağlı analiz keçiririk və bilirik ki, bugün Gürcüstan infeksiyanın yayılmasının artan fazasındadır. Virus ölkədə olduqca sürətlə yayılır.

Letal, yəni ölüm göstəriciləri isə, 0.9 faizdir və beynəlxalq statistika ilə bu aşağı faizdir.

Bunu əhaliyə başa salmaq çox çətindir, çünki hər gün 30 ölüm faktı sayca elan edilir, halbuki göstəricilərin analizi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən edilir və 0.9 faiz yüksək göstərici deyil. Yəni, necə infeksiyanın yayılma koeffisienti, eləcədə letal halların göstəriciləri aşağıdır” – dedi baş nazir.