Ədliyyə Evi bəyanat yayır və qeyd edir ki, onların sosiyal layihəsinə qarşı mənfi kampaniya başladıldı
Ədliyyə Evi bəyanat yayır və qeyd edir ki, onların sosiyal layihəsinə qarşı mənfi kampaniya başladıldı

Ədliyyə Evi bəyanat yayır və qeyd edir ki, onların sosiyal layihəsinə qarşı mənfi kampaniya başladıldı.

“Məlum olduğu kimi, Ədliyyə Evi SC “Gefa” ilə bərabər, 2016-cı ildən, sosiyal cəhəddən müdafiyəsiz ailələr üçün “Xoş gəldin” adlı layihə həyata keçirir. Layihə çərçivəsində, yeni doğulan uşaqların valideynlərinə, doğum vəsiqəsi ilə bərabər müxtəlif hədiyyələr və pul vauçeri verilir.

Ədliyyə Evi təəssüflənir ki, yeni doğulan uşağın bu formada təbrik edilməsi, mövcud olan demoqrafiya fonunda kimlər üçünsə kinayə və gülünc səbəbi oldu.

Bu proqram sosiyal cəhəddən müdafiyəsiz ailələr üçün “GEFA” ilə bərabər artıq dörd ildir həyata keçirilir və indiyə qədər ondan 15 000 nəfər istifadə edib.

Qeyd olunan layihə haqqında məlumat sosiyal şəbəkədə müxtəlif interpretasiyalarla yayıldı və teleşirkətlərdən birinin rəhbəri və digər şəxslər bu layihəyi diskreditasiya etməyə çalışdılar.

Ədliyyə Evi bildirir ki, 25 larilik vauçer sadəcə olaraq, hədiyyə paketinin bir komponentidir. O yardım deyil və sadəcə Ədliyyə Evininə doğum vəsiqəsi almaq üçün gedənlərə verilən hədiyyədir.

Sosiyal cəhəddən müdafiyəsiz ailələr yeni doğulan uşaq üçün geyim, higiyena vasitələri və qida məhsulları üçün 25 larilik vauçer və bir il ərzində 30-40 faizlik endirimdən istifadə kartı alırlar.

Layihınin benefisiarları vauçerlərindən və endirim kartlarından “GEFA”-nın apteklərində, “Farmadepo” və “GPC”-də istifadə edə bilirlər” – deyilir bəyanatda.

Xatırladaq ki, dünən məlumat yayıldı ki, yeni doğulan uşaqlara Ədliyyə Evindən doğum vəsiqəsi alan valideynlərə pul vauçeri veriləcək.