Dünya Patriarxlığı - Olimpiya Oyunlarının açılışında dünya xristianlıq və Müqəddəs İncil üçün təhqiramiz olan səhnələrin şahidi oldu, Tanrıya küfr tərəqqi deyil
Dünya Patriarxlığı - Olimpiya Oyunlarının açılışında dünya xristianlıq və Müqəddəs İncil üçün təhqiramiz olan səhnələrin şahidi oldu, Tanrıya küfr tərəqqi deyil

 

Dünya Patriarxlığı Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ilə bağlı bəyanat yayır.

Bəyanatda qeyd olunub ki, açılış mərasimində dünya xristianlıq və Müqəddəs İncil, eləcə də etiqad hüququnu tanıyan, dini rəmzlərə hörmət edən bütün sivil insanlar üçün təhqiramiz olan səhnələrin şahidi oldu.

“Olimpiya Oyunları planetin hər yerindən milyonlarla bacı-qardaşımızın marağına səbəb olan ali idman tədbiridir. Açılış mərasimi xüsusi əhəmiyyət kəsb edir, çünki mərasim ev sahibi ölkəyə qlobal miqyasda müsbət mesajlar verməklə öz tarixini və sivilizasiyasını vurğulamaq imkanı verir. Parisdə açılış mərasimində təəssüf ki, xristianlıq və Müqəddəs İncil, eləcə də etiqad hüququnu tanıyan, dini rəmzlərə hörmət edən bütün sivil insanlar üçün təhqiramiz olan səhnələrin şahidi olduq.

Bu səhnələr nəinki mərasimi zənginləşdirə bilmədi, əslində onu yoxsullaşdırdı. Nə Tanrıya küfr tərəqqidir, nə də insanların dini etiqadını təhqir etmək hüquqdur. Biz gözləyirik ki, bu qədər insan tərəfindən mənfi yanaşmanın və inkarın kortəbii şəkildə ifadə edilməsi məsul şəxslərə kifayət qədər güclü mesaj verdi və gələcəkdə oxşar hərəkətin qarşısının alınması üçün ümid olacaq” – bəyanatda deyilir.