Dünya Çempionatı başladı - Gürcüstanı bugün dörd gürcü təmsil edəcək
Dünya Çempionatı başladı - Gürcüstanı bugün dörd gürcü təmsil edəcək

Dünya çempionatında bugün dörd gürcü güləşçisi iştirak edəcək.

Qazaxstanın paytaxtı Nursultanda, güləş üzrə 2019-cu ilin Dünya Çempionatı keçirilir.

Çempionatda Gürcüstanı Nuqzar Tsurtsumia (55 kq), Levan Kavjaradze (63 kq), Yuri Lomadze (72 kq) və Laşa Qobadze (82 kq) təmsil edəcəklər.

Çempionat Tbilisi saatı ilə 09:00-da başladı.

Yarımfinal isə, saat 16:00-da başlayacaq.