Dövlət Təhlükəsizliyi Xidməti- Terrorçuluq cinayəti ilə əlaqədar istintaq çərçivəsində odlu silah və döyüş sursatının qanunsuz olaraq əldə edilməsi və saxlanılması faktı üzrə iki Gürcüstan vətəndaşı saxlanılıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terrorçuluq cinayəti ilə əlaqədar davam edən istintaq çərçivəsində həyata keçirilmiş əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində, odlu silah və döyüş sursatının qanunsuz olaraq əldə edilməsi və saxlanılması faktı üzrə iki Gürcüstan vətəndaşını saxlayıb. Bu haqda məlumatı DTX yayır.
“Xüsusi əməliyyat Batumi şəhərinin iki lokasiyasında eyni vaxtda həyata keçirilib. Saxlanılmış şəxslərin yaşayış evlərindən avtomat silahı, pistoletlər, əl qumbaraları, “İslam Dövləti” terror təşkilatının rəmzi olan bayraqlar və istintaq üçün vacib olan müxtəlif dəlillər götürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi Cinayət Məcəlləsinin 236-cı və 328-ci maddələri ilə istintaq aparır, bu da 3 ildən 6 ilədək və 10 ildən 17 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Bununla yanaşı, saxlanılmış şəxslərin “İslam Dövləti” terror təşkilatı ilə əlaqələrinin müəyyən edilməsi məqsədilə aktiv şəkildə antiterror tədbirləri həyata keçirilir” – deyə DTX-nın məlumatında qeyd olunub.