Dövlət Təhlükəsizliyi Xidməti - Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan İvane Qerkeuli azaddır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir
Dövlət Təhlükəsizliyi Xidməti - Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan İvane Qerkeuli azaddır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir

 
Rusiya işğalçı qüvvələri tərəfindən Qori Munisipalitetinin Axalubani kəndi yaxınlığında işğal olunmuş ərazidə qanunsuz olaraq saxlanılan İvane Qerkeuli azaddır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir-bu haqda məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

“İvane Qerkeulinin qanunsuz həbsdən azad edilməsi prosesində aktiv şəkildə Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) idarə etdiyi “qaynar xətt” mexanizmindən, eləcə də mərkəzi hökumətin malik olduğu bütün müvafiq vasitələrdən istifadə edilib. Gürcüstanın mərkəzi hakimiyyəti beynəlxalq tərəfdaşlara daimi rejimdə məlumat verib.

Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca törədilmiş bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.

Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal altındakı ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün aktiv şəkildə işləməyə davam edir” – DTX-nin məlumatında qeyd olunub.