Dövlət Təhlükəsizliyi Xidmətinin çox uşaqlı əməkdaşlarına hər ay pul kompensasyası veriləcək

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin və həmçinin, müvəqqəti olaraq, həmin xidmətdə çalışan çox uşaqlı əməkdaşlara hər ay pul kompensasyası veriləcək.

Müvafuq qərarı Gürcüstan iqtidarı yanvarın 26-da verdi.

Yeni dəyişikliklərə əsasən, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının və onların ailələ üzvlərinin sağlamlğı dövlət tərəfindən sığortalanacaq. Dörd və daha artıq uşağı olan əməkdaşlara isə, hər aylıq pul kompensasiyası veriləcək.

Qərarda deyilir ki, dörd uşağın valideynlərinə kompensasiya şəklində 250 lari veriləcək. Beş uşağın valideynlərinə isə, 375 lari. Altı uşağı olan ailəyə 500 lari. Yeddi və daha artıq uşağı olan ailəyə isə, 625 lari.

Bu qərar Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili tərəfindən imzalanıb.