Donald Trampı dəstəkləyən mitinqdə açılan atəş nəticəsində yaralanan iki nəfərin vəziyyəti ağır olaraq qalır
Donald Trampı dəstəkləyən mitinqdə açılan atəş nəticəsində yaralanan iki nəfərin vəziyyəti ağır olaraq qalır

Donald Trampı dəstəkləyən mitinqdə açılan atəş nəticəsində yaralanan iki nəfərin vəziyyəti kritikdir. Bu barədə “BBC” məlumat yayıb.

Mətbuatın yazdığı kimi, indiyədək yaralıların adları açıqlanmayıb.

Yaralılar Allegheny Ümumi Xəstəxanasındadır.

Məlumat üçün bildirək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Batler şəhərində tərəfdarları ilə görüş zamanı güllələnib. Nəticədə o, xəsarət alsa da, həyatı üçün təhlükə yoxdur. Mitinqin bir iştirakçısı atışma zamanı həlak olub, daha ikisinin vəziyyəti ağırdır. ABŞ Federal Təhqiqat Xidmətinin məlumatına görə, Pensilvaniyada Donald Trampı öldürməyə cəhd olub. Bundan əlavə, istintaq xidməti Trampa hücumda iştirak edən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb. Rəsmilərin sözlərinə görə, o, zərərsizləşdirilib.