Donald Trampa öldürmə cəhdi ilə bağlı ABŞ-ın Qizli Xidmətinin fəaliyyəti ilə bağlı istintaq başlayıb
Donald Trampa öldürmə cəhdi ilə bağlı ABŞ-ın Qizli Xidmətinin fəaliyyəti ilə bağlı istintaq başlayıb

ABŞ-ın sabiq prezidenti Donald Trampa sui-qəsd cəhdindən sonra ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin baş müfəttişi ABŞ-ın Gizli Xidmətinin fəaliyyəti ilə bağlı istintaq başlayıb.

İstintaqın məqsədi iyulun 13-də Pensilvaniyada seçki öncəsi tədbirdə Trampa qarşı baş verən hücumu, ABŞ-ın Gizli Xidmətinin fəaliyyətini qiymətləndirməkdir. İstintaqın nə vaxt başladığı məlum deyil. Hadisədən sonra atəş açanın sabiq prezidentin göründüyü damın üstünə necə çıxması ilə bağlı suallar yaranıb.

Təxminən 7800 üzvü olan ABŞ-ın Gizli Xidməti prezidentləri, vitse-prezidentləri, onların ailə üzvlərini, sabiq prezidentləri, onların həyat yoldaşlarını və 16 yaşa kimi olan azyaşlı uşaqları, eləcə də bir sıra digər dövlət məmurlarını qorumaqdan məsuldur.