Donald Tramp Viskonsin ştatında "Respublikaçılar Partiyası"nın Milli Qurultayına gedib
Donald Tramp Viskonsin ştatında "Respublikaçılar Partiyası"nın Milli Qurultayına gedib

 
ABŞ-ın sabiq prezidenti Donald Tramp Viskonsin ştatının Miluoki şəhərində davam edən “Respublikaçılar Partiyası”nın Milli Qurultayına qulağı sarğılı halda gedib.

Trampın seçicilərlə görüşündə baş verən atışmadan sonra bu, onun ictimai tədbirdə görünməsinin ilk halıdır.

Trampın görünməsi Respublikaçıların tərəfdarları tərəfindən alqışlar və şüarlarla müşaiyət olunub. Onlar yumruqlanmış əllərini yuxarı qaldıraraq şüarlar səsləndirirdilər: “ABŞ”, “ABŞ” “Mübarizə! Mübarizə! Mübarizə!”.