Donald Tramp, seçkilərdə qalib gələcəyi təqdirdə, Con Kennedinin qətli və 11 sentyabr terror aktı ilə bağlı sənədləri dərc edəcəyini bildirir

11:19, 03.06.2024

 
Prezident seçkilərində qalib gələcəyi təqdirdə, Donald Tramp ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli, 11 sentyabr terror aktı və milyarder Cefri Epşteyn haqqında sənədləri dərc edəcək.

Bu haqda ABŞ-ın sabiq prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

“Mənim qisasım uğurlu olacaq. Bunlar pis insanlardır. Bunlar xəstə insanlardır. Mən olmasaydım, eyni şeyi başqasına edərdilər”- Tramp qeyd edib.

Oxşar