Donald Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yüngülləşdirilməsini istisna etmir - Sanksiyaları sevmirəm, sanksiyalarla bizə yaxınlaşan hər kəsi uzaqlaşdırırıq
Donald Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yüngülləşdirilməsini istisna etmir - Sanksiyaları sevmirəm, sanksiyalarla bizə yaxınlaşan hər kəsi uzaqlaşdırırıq

 
ABŞ prezidentliyinə namizəd Donald Tramp sanksiyaların tətbiqinin tərəfdarı olmadığını deyib.

O, bu haqda “Bloomberg”ə müsahibəsində bəyan edib.

Trampdan Ukraynada müharibəyə son qoymaq üçün əldə etməyi planlaşdırdığı “razılaşma” çərçivəsində Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yüngülləşdirməyi düşünüb-düşünmədiyi soruşulub, Tramp buna müsbət cavab verib.

“Sanksiyalarla bizə yaxınlaşan hər kəsi uzaqlaşdırırıq, ona görə də sanksiyaları sevmirəm. Mən onların İrana qarşı çox faydalı olduğunu düşünürdüm, amma İrana qarşı sanksiyalara da güclü şəkildə ehtiyacım yox idi”- deyə Tramp bəyan edib.