Donald Tramp – Prezidentliyim dövründə Rusiya Ukraynaya daxil olsaydı, Moskvanı bombalayardım

13:42, 29.05.2024

 
Donald Trampın bəyanatına əsasən, Rusiya onun prezidentliyi dövründə Ukraynaya daxil olsaydı, Moskvanı bombalayardı- bu haqda məlumatı “Washington Post” yayır.

Nəşr yazır ki, seçkiqabağı kampaniya zamanı Donald Tramp həmçinin Tayvana hücum olacağı təqdirdə Çini də bombalayacağını qeyd edib və bu, donorları təəccübləndirib.

Jurnalistlər qeyd edirlər ki, seçkiqabağı tədbirlər zamanı Tramp ümumiyyətlə xarici siyasətdən və mitinqlərdə müzakirə etdiyi mövzulardan, daha doğrusu inflyasiya və immiqrasiyadan danışır.

Donald Tramp bu ayın əvvəlində Nyu-York mehmanxanasında bəzi əsas donorlarla görüşüb.

Oxşar