Donald Tramp - Mənə elə gəlir ki, Co Bayden prezidentlik yarışında qalacaq, onun eqosu var və kampaniyanı dayandırmaq istəmir
Donald Tramp - Mənə elə gəlir ki, Co Bayden prezidentlik yarışında qalacaq, onun eqosu var və kampaniyanı dayandırmaq istəmir

 
Donald Tramp, Co Baydenin prezidentlik yarışından geri çəkilməyəcəyini bildirir. ABŞ-ın sabiq prezidenti bu haqda “Fox News”a müsahibəsində deyib.

“Mənə elə gəlir ki, Co Bayden prezidentlik yarışında qalacaq, onun eqosu var və kampaniyanı dayandırmaq istəmir” – Tramp bildirib.

Tramp bildirib ki, demokratların bir hissəsinin onu buna çağırması fonunda Baydenin prezidentlik yarışından geri çəkilməsi çətin olacaq.

“Onu buna məcbur etmələri fonunda yarışdan geri çəkilməsi onun üçün çətin olacaq” -Tramp bildirib.

Bunadək, Tramp ehtimal irəli sürmüşdü ki, Bayden prezidentlik yarışından geri çəkilərsə, o zaman demokratlar vitse-prezident Kamala Harrisi prezidentliyə namizəd kimi irəli sürəcəklər.