Donald Tramp - Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq
Donald Tramp - Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq

 
Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq-bu haqda ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.

Media, Trampın bu şərhi “CNN”nin jurnalisti ilə danışarkən verdiyi haqda məlumat verir.

Co Bayden 2024-cü ilin prezident seçkilərindən namizədliyini geri çəkib.

“Yenidən seçilmək mənim niyyətim olsa da, inanıram ki, iştirakdan imtina etmək və yalnız səlahiyyət müddətimin qalan hissəsinə diqqət etmək partiyamın və ölkəmin maraqlarındadır” – Co Bayden dərc olunmuş məktubda qeyd edir.

Bununla yanaşı, Bayden 2024-cü ilin prezident seçkilərində Demokratlar Partiyasının namizədi kimi vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini bildirir.