Donald Tramp, Co Baydenə qarşı çevriliş prosesinin getdiyini bildirir
Donald Tramp, Co Baydenə qarşı çevriliş prosesinin getdiyini bildirir

 
Donald Tramp və Ceyms Devid Vens ölkənin hazırkı prezidenti Co Baydenə qarşı çevriliş prosesinin getdiyini düşünürlər.

ABŞ prezidentliyinə namizəd Donald Tramp, “Fox News”a birgə müsahibəsi zamanı jurnalistin Co Baydenə qarşı çevriliş olub-olmaması ilə bağlı sualına “bəli, müəyyən mənada” cavabını verib.

Öz növbəsində, vitse-prezidentliyə namizəd də bunun çevriliş prosesi olduğuna razılaşıb.

“Düşünürəm ki, bu belədir. Konstitusiya prosesi, 25-ci düzəliş var. Co Bayden prezident seçkilərində namizəd ola bilməzsə, o, prezident vəzifəsində ola bilməz və əqli cəhətdən öz səlahiyyətlərini yerinə yetirməkdə qabiliyyətsiz olduğu üçün onu istefaya göndərmək istəyirlərsə, 25-ci düzəlişdən istifadə edirsən. Demokratlar üçün bunu siyasi cəhətdən ən faydalı şəkildə edə bilməzsiniz. Əgər bu, real problemdirsə, onlar bunun qayğısına müvafiq şəkildə qalmalıdırlar” – Ceyms Devid Vens bildirib.