Donald Tramp bildirir ki, hakimin gizli sənədlərlə bağlı işə baxmaqdan imtina etməsi ilk addım olmalıdır və ona qarşı açılmış işin dördüdə bağlanmalıdır
Donald Tramp bildirir ki, hakimin gizli sənədlərlə bağlı işə baxmaqdan imtina etməsi ilk addım olmalıdır və ona qarşı açılmış işin dördüdə bağlanmalıdır

ABŞ-ın sabiq prezidenti Donald Tramp bildirir ki, hakimin gizli sənədlərin saxlanması qaydasının pozulması ilə bağlı işə baxmaqdan imtina etməsi ilk addım olmalıdır və ona qarşı açılmış işin dördüdə bağlanmalıdır.

Tramp öz sosial şəbəkəsində yayımladığı bəyanatda qeyd edir ki, “bütün bu siyasi hücumları Ədliyyə Nazirliyi koordinasiya edirdi”. Sabiq ABŞ liderinin söylədiyinə görə, bütün bu işlər seçkilərə müdaxilə etmək üçün sui-qəsddir və ona qarşı yönəlib.

Tramp həmçinin, onun izah etdiyinə görə Ədliyyə sisteminin silah kimi istifadəsinə son qoymaq üçün bütün tərəfdarlarını birləşməyə çağırıb.

Bundan əvvəl məlum olub ki, ABŞ-ın federal hakimi Trampa qarşı gizli sənədlərin saxlanması qaydasını pozmaq ittihamı ilə açılmış işi qəbul etməyib.