Donald Tramp - Bayden Amerika tarixinə ən pis prezident olaraq yazılacaq, qorxunc və səriştəsiz sərhəd padşahımız Kamala isə daha pis olacaq
Donald Tramp - Bayden Amerika tarixinə ən pis prezident olaraq yazılacaq, qorxunc və səriştəsiz sərhəd padşahımız Kamala isə daha pis olacaq

 

ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, Co Bayden tərəfindən prezidentliyə namizəd olaraq dəstəklənən hazırkı vitse-prezident Kamala Harrisi tənqid edir.

Tramp, Harrisin qalib gələcəyi təqdirdə Baydendən daha pis prezident olacağını bildirib.

“Bayden Amerika tarixinə ən pis prezident olaraq yazılacaq. Qorxunc və səriştəsiz sərhəd padşahımız Kamala isə daha pis olacaq” – Donald Tramp sosial şəbəkədə yazır.

Dünən Co Baydenin 2024-cü ilin prezident seçkilərindən namizədliyini geri çəkdiyi və Demokratların namizədi kimi vitse-prezident Kamala Harrisi dəstəklədiyi məlum oldu.