Donald Tramp ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedini Qizli Xidmət mühafizəsini almağa çağırır
Donald Tramp ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedini Qizli Xidmət mühafizəsini almağa çağırır

Donald Tramp ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedini Qizli Xidmət mühafizəsini almağa çağırır.

“Bu gün dünyada baş verənlər fonunda, kiçik Robert Kennedinin dərhal Qizli Xidmətdən mühafizə almasının vacib olduğuna inanıram. Kennedilər ailəsinin tarixini nəzərə alsaq, açıq-aydın düzgün olardı!”, – deyə Tramp “Truth social” sosial şəbəkəsində yazır.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Trampa Batler şəhərində tərəfdarları ilə görüşü zamanı atəş açıblar. Nəticədə o, xəsarət aldı, hərçənd, həyatı üçün təhlükə yoxdur. Atışma zamanı mitinqin bir iştirakçısı həlak olub, daha ikisinin vəziyyəti ağırdır. ABŞ Federal Təhqiqat Xidmətinin məlumatına görə, Pensilvaniyada baş verən Donald Trampı öldürməyə cəhd idi. Bununla yanaşı, istintaq xidməti Trampa hücumda iştirak edən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu bildirib. Rəsmi şəxslərin məlumatına görə, o, zərərsizləşdirilib.