Dmitro Kuleba Çinə gedib
Dmitro Kuleba Çinə gedib

 
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba xarici işlər naziri Van Yi ilə danışıqlar aparmağı planlaşdırdığı Çinə gedib.

Kuleba bu haqda sosial şəbəkələrdə dərc olunmuş videoda deyir.

“Qarşıda çinli həmkar Van Yi ilə ədalətli sülhə aparan yollar haqqında geniş, ətraflı, məzmunlu danışıqlar durur. Biz sülh planları ilə rəqabəti aradan qaldırmalıyıq. Kiyev və Pekinin birbaşa dialoq aparması və mövqe mübadiləsi aparması olduqca mühümdür” – Kuleba qeyd edir.

Kulebanın bəyanatına əsasən, bu, Ukraynanın xarici işlər nazirinin təkcə Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi başladıqdan sonra deyil, həm də 2012-ci ildən sonra ilk ikitərəfli səfəridir.

Ukraynalı diplomat, çinli həmkarı ilə ikitərəfli münasibətləri də müzakirə edəcəyini bildirib.

“Əminəm ki, Ukrayna Avropa İttifaqına qoşulmaq haqda danışıqlara başladıqdan sonra Çin dövlətimizlə münasibətlərinə Avropa ilə öz strateji münasibətləri prizmasından baxmalıdır” – Ukraynanın xarici işlər naziri bildirir.

Dmitro Kulebanın Çinə səfəri iyulun 25-dək davam edəcək.