Dmitri Kuleba - Ukrayna ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiya ilə ağlabatan və konstruktiv danışıqlara hazır olduğunu bildirib
Dmitri Kuleba - Ukrayna ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiya ilə ağlabatan və konstruktiv danışıqlara hazır olduğunu bildirib

Çin və Braziliyanın altı bəndlik konsensusunu diqqətlə öyrəndikdən sonra Ukrayna ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiya ilə ağlabatan və konstruktiv danışıqlara hazır olduğunu bildirib. – Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinə səfəri zamanı bildirib.

Kuleba Ukrayna və Çin arasında strateji tərəfdaşlığı vurğulayaraq, “Vahid Çin” prinsipini dəstəklədiyini bildirib.

Öz növbəsində Çinin xarici işlər naziri Vanq Yi Ukraynadakı müharibədən danışıb və Çinin münaqişənin siyasi həllinə və sülh danışıqlarına dəstək vermək öhdəliyini vurğulayıb.

Çin Ukraynadan ərzaq idxalını davam etdirməyi və logistika dəhlizlərini dəstəkləməyi öhdəsinə götürüb.