DİN - Temkada gənc qızın qətli ilə bağlı sabiq sevgilisi həbs olunub

Tbilisidə, Temkada gənc qızı qətlə yetirmək suçu ilə, sabiq sevgilisi həbs edildi.

Bu barədə bəyanatı Daxili İşlər Nazirliyinin Kriminal Polis Departamentinin təşkil edilmiş cinayətlərlə mübarizə bölməsinin rəhbəri Mamuka Çelidze verdi.

Bugün sabah Temka rayonun ərazisindəki bir məhəllədə baş verən qətl cinayətinin suçlusu, öldürülən 20 yaşlı A.N.-nın sabiq sevgilisi L.Q-dır.

DİN-in məlumatına görə, qeyd olunan cinayət 7-dən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.

İstintaq nəticəsində məlum oldu ki, fevralın 22-də səhər saatlarında 1997-ci il təvəllüdlü L.Q. sevgilisini bir neçə yerindən bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

İttiham edilən şəxs suçunu etiraf etdi. Onu həbs edərkən, polis cinayət silahını da aşkarladı.

Qətl faktı ilə bağlı istintaq davam edir.

Gənc qızın cəsədi temka ərazisində bugün səhər tapıldı.