DİN - Səudiyyə Ərabistanından gələn bacılar Gürcüstanda sığınacaq axtaranların prosedurunun keçməsinə razılaşdılar
DİN - Səudiyyə Ərabistanından gələn bacılar Gürcüstanda sığınacaq axtaranların prosedurunun keçməsinə razılaşdılar

Səudiyyə Ərabistanından gələn bacılar – Maha və Vafa Al-Subailər Gürcüstanda sığınacaq axtaranların prosedurunun keçməsinə razılaşdılar, – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“İctimaiyyət üçün məlum olduğu kimi, Səudiyyə Ərabistan vətəndaşları, bacılar – Maha və Vafa Al-Subailər sosial şəbəkəsi vasitəsi ilə videomüraciət yaydılar ki, onlar Gürcüstandadırlar.

Qeyd olunan şəxslər həmçinin bəyan edirdilər ki, ailə üzvlərindən təhlükə hədələri var idi.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, bacılar – Maha və Vafa Al-Subailərin müvəqqəti yaşadığı ünvana getdilər. Hüqumühafizəçilərin məqsədi onlarla söhbət etmək idi. Əməkdaşlar onları sığınacaq axtaranların prosedurunun keçməsi barəsində məlumatlandırdılar.

Bundan sonra bacılar Gürcüstanda sığınacaq axtaranların prosedurunun keçməsinə razılaşdılar.

Elə burada açıqlayırıq ki, bacıların, onlara qarşı mövcud olan təhlükə barəsində qeyd etdiyi insanlar, Gürcüstanda deyillər”, – DİN-in bəyanatında deyilir.

 

Şərh yaz