DİN - Muşevanda iki nəqliyyat vasitəsinə zərər verilib, fiziki zərər görən olmayıb

Bolnisi munisipalitetinin  Muşevani kəndində dünən baş verən faktla bağlı Daxili İşlər Nazirliyi 187-ci maddə ilə istintaq aparırır.

DİN-in məlumatına görə, iki nəqliyyat vasitəsinə kiçik zərər verilib, ancaq fiziki zərər görən yoxdur.

Gürcüstanın Birinci Kanalının jurnalistinin məlumatına görə, Muşevani kəndinə dünən təcili tibbi yardım avtomobilləri daxil oldular və koronavirusa yoluxan yeddi nəfəri xəstəxanaya aparmağa çalışdılar, ancaq onların qohumları buna imkan vemədilər.

Rəsmi məlumata görə, Muşevani kəndində, koronavirusun 10 halı qeydə alınıb.