Dimitri Peskov - Taktiki nüvə silahı ilə təlim Makronun bəyanatları, eləcə də Britaniya və ABŞ nümayəndələrinin Ukraynaya hərbçi göndərmək niyəti ilə əlaqəlidir
Dimitri Peskov - Taktiki nüvə silahı ilə təlim Makronun bəyanatları, eləcə də Britaniya və ABŞ nümayəndələrinin Ukraynaya hərbçi göndərmək niyəti ilə əlaqəlidir

 
Taktiki nüvə silahı ilə planlaşdırılan təlim Fransanın Prezidenti Emmanuel Makronun bəyanatları, eləcə də Britaniya və ABŞ nümayəndələrinin Ukraynaya hərbçi göndərmək niyəti ilə əlaqəlidir-bu haqda Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov deyib.

“Əgər məndən söhbətin hansı Qərb təmsilçilərinin hansı bəyanatlarından getdiyini soruşsanız, söhbətin cənab Makron və Britaniya nümayəndələrinin bəyanatlarından getdiyi açıq-aydındır. Onlara ABŞ Senatının nümayəndələri də qoşuldu, onlar, səhv etmirəmsə, Ukraynaya silahlı kontingent göndərmək hazırlığından və hətta niyətindən danışırdılar”- Peskov qeyd edib.

Ukraynaya hərbçilərin göndərilməsi ilə bağlı danışarkən Peskov bildirib: “Bu, gərginliyin eskalasiyasının tamamilə yeni mərhələsidir, görünməmiş bir hadisədir və təbii ki, xüsusi diqqət və tədbirlər tələb edir”.

Rusiyanın Prezidenti taktiki nüvə silahı ilə təlimin keçirilməsi haqda fərman imzalayıb.