Dimitri Peskov - Kreml təhlükəsizlik mövzusunu kompleks şəkildə müzakirə etməyə hazırdır, lakin NATO-nun Ukrayna ərazisində genişlənməsi qəbuledilməzdir
Dimitri Peskov - Kreml təhlükəsizlik mövzusunu kompleks şəkildə müzakirə etməyə hazırdır, lakin NATO-nun Ukrayna ərazisində genişlənməsi qəbuledilməzdir

 
Rusiya Prezidentinin mətbuat katibi, Kremlin təhlükəsizlik mövzusunu kompleks şəkildə müzakirə etməyə hazır olduğunu, lakin NATO-nun Ukrayna ərazisində genişlənməsinin qəbuledilməz olduğunu bildirib. Bu barədə Dimitri Peskov NATO-nun Vaşinqtonda davam edən sammitində qəbul edilən qərarları şərh edərkən jurnalistlərə deyib.

O, Rusiyanın NATO-nun Ukrayna ərazisində genişlənməsinin qəbuledilməz olduğunu əvvəldən vurğuladığını bildirib.

“Təhlükəsizliyin ümumi kontekstindən çıxarılan elementləri müzakirə etməyi planlaşdırmırıq. Biz tam vəziyyəti, Avropa qitəsinin təhlükəsizliyi, ölkəmizin təhlükəsizliyi, digər ölkələr üçün təhlükəsizlik təminatları ilə əlaqəli bütün aspektləri kompleks şəkildə müzakirə etmək istəyirik. Bütün bunlar birlikdə müzakirə edilməlidir. Bizim üçün NATO-nun Ukrayna ərazisində genişlənməsi mövcudluğumuz üçün qəbuledilməz təhlükədir”- Peskov deyib.