Dimitri Peskov - Avropa İttifaqının Rusiyanın aktivlərindən Ukraynaya silah almaq üçün istifadə etmək qərarına cavab olaraq Rusiya hüquqi addımlar atacaq
Dimitri Peskov - Avropa İttifaqının Rusiyanın aktivlərindən Ukraynaya silah almaq üçün istifadə etmək qərarına cavab olaraq Rusiya hüquqi addımlar atacaq

 
Avropa İttifaqının Rusiyanın aktivlərindən Ukraynaya silah almaq üçün istifadə etmək qərarına cavab olaraq Rusiya hüquqi addımlar atacaq-bu haqda Kremlin mətbuat katibi Dimitri Peskov bildirib.

“Moskva Rusiyanın aktivləri ilə bağlı qərarların qəbulu ilə əlaqəli şəxslərin hüquqi təqibi imkanları üzərində işləyəcək, çünki bu, beynəlxalq hüququn birbaşa pozulmasıdır, bu, mülkiyyət hüququnun pozulmasıdır”- Peskov bildirib.

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər nazirlərinin dünən Brüsseldə keçirilən görüşündən sonra Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell, avqustda Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərinin gəlirlərindən Ukraynaya 1,4 milyard avroluq ilk tranşı köçürəcəyini bəyan etdi. Borrell, Avropa İttifaqına üzv ölkələrin qeyd olunan məbləğlə Kiyev üçün lazım olan silahları almağı planlaşdırdığını bildirib.

“Bu pulu təkcə oğurlamır, həm də silah-sursat almaq üçün istifadə edirlər. Bundan daha pis bir şey düşünmək yəqin ki, çətindir” – Peskov qeyd edib.