“Didqori 2021” qurumlararası təlimi başlayıb

 

Müharibə və böhran vəziyyətlərində dövlət qurumları arasında koordinasiyanı gücləndirmək və qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaq məqsədilə bu gün “Didqori 2021” qurumlararası təliminin rəsmi açılışı olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu il baş nazirin fərmanı ilə keçirilən təlimin planlaşdırılması və icrasına Müdafiə Qüvvələri rəhbərlik edir. Təlim boyunca tədris auditoriyası hibrid çağırışlar, rəqibin informasiya təsir əməliyyatları və dezinformasiya ilə mübarizə aparmalı olacaq.

Bu il təlimdə ilk dəfə olaraq yeni VBS3 (Virtual Döyüş Meydanı) simulyasiya sistemlərindən istifadə olunacaq ki, bu da təlim bölməsinə və təlimə nəzarət qrupuna təlimdə cari hadisələri real vaxt rejimində izləməyə və ümumi əməliyyat mənzərəsini nümayiş etdirməyə imkan verir.

“Didqori 2021” bütün dövlət qurumlarının strateji və əməliyyat səviyyələrinin nümayəndələrindən təşkil olunub, onlar arasında Prezidentin parlament katibi və prezidentin Müdafiə və Təhlükəsizlik üzrə müşaviri də var. Təlim zonaları müasir NATO standartları ilə təchiz olunub və ümumi hərbi mərkəzdə yerləşir.

Təlimin rəsmi açılış mərasimi Krtsanisidə, Ümumi Ordu Mərkəzində və Senakidə, İkinci Piyada Briqadasının bazasında keçirilib. Təlimdə iştirak edən qurumların nümayəndələrini Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili salamlayıb. O, çıxışında təlimin əhəmiyyətindən danışıb və iştirakçı qurumlar arasında koordinasiyanın vacibliyini vurğulayıb. Qurumlararası təlim bu il səkkizinci dəfə noyabrın 8-12-də keçiriləcək.

“Didqori 2021” əvvəlki təlimlə müqayisədə nisbətən geniş miqyaslıdır və fərqlidir, çünki qərargahdan əlavə, səhra komponentlərini də əhatə edir.