Devid Kemeron- İsrailin Müdafiə Qüvvələri tərəfindən Rafahda həyata keçirilmiş hava hücumunun istintaqı tez, hərtərəfli və şəffaf olmalıdır
Devid Kemeron- İsrailin Müdafiə Qüvvələri tərəfindən Rafahda həyata keçirilmiş hava hücumunun istintaqı tez, hərtərəfli və şəffaf olmalıdır

 
İsrailin Müdafiə Qüvvələri tərəfindən Rafahda həyata keçirilmiş hava hücumunun istintaqı tez, hərtərəfli və şəffaf olmalıdır-bu haqda Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

Eyni zamanda, Kemeron bir daha tərəfləri atəşi dayandırmağa çağırıb.

“Həftə sonu Rafahda həyata keçirilmiş hava hücumundan sonra gördüyümüz mənzərələrdən dərin narahatlıq hissi keçiririk. İsrailin Müdafiə Qüvvələri hadisəni tez, hərtərəfli və şəffaf şəkildə araşdırmalıdır. Tərəflərin uzunmüddətli, davamlı atəşkəs istiqamətində işləməsinə imkan vermək üçün döyüşləri dayandırmaqla girovların çıxarılması üçün təcili razılaşmaya ehtiyac duyuruq” – Kemeron açıqlayıb.