Devid Kemeron -Gürcüstan hakimiyyəti "Xarici təsirin şəffaflığı" haqqında qanunu qəbul etməklə Avro-Atlantik yoldan çıxdı
Devid Kemeron -Gürcüstan hakimiyyəti "Xarici təsirin şəffaflığı" haqqında qanunu qəbul etməklə Avro-Atlantik yoldan çıxdı

 
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirir ki, Gürcüstan əhalisinin istəyi aydındır, onların gələcəyi Avro-Atlantik ailədədir.

Bu haqda Devid Kemeron sosial şəbəkədə yazır.

Onun sözlərinə əsasən, Gürcüstan hakimiyyəti “Xarici təsirin şəffaflığı” haqqında qanunu qəbul etməklə Avro-Atlantik yoldan çıxdı.

“Əhalinin istəyi aydındır: onların gələcəyi Avro-Atlantik ailədədir. Prezident Salome Zurabişvilinin vetosunu dəf etməklə və xarici təsir haqqında şəffaflıq qanununu qəbul etməklə Gürcüstan hakimiyyəti bu yoldan çıxdı. Britaniya gürcü xalqının yanında olmağa davam edəcək”- Devid Kemeron açıqlayıb.