"DeepState"- Rusiyanın işğalçı qüvvələri Şərqi Ukraynada bir neçə yaşayış məntəqəsi yaxınlığında uğur qazanıb
"DeepState"- Rusiyanın işğalçı qüvvələri Şərqi Ukraynada bir neçə yaşayış məntəqəsi yaxınlığında uğur qazanıb

 
Rusiyanın işğalçı qüvvələri Şərqi Ukraynada bir neçə yaşayış məntəqəsi yaxınlığında uğur qazanıb.

Bu barədə məlumatı “DeepState”in analitikləri yayırlar.

Yayılmış məlumata əsasən, rus hərbçilər Donetsk vilayətinin yaşayış məntəqələrində: Spirnoy, Razdolovka, Timofeevka, Proqress, Konstantinovka, Severni və Jeleznidə müəyyən irəliləyiş əldə ediblər.

Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahının səhərə olan məruzəsində Rusiya ordusunun irəliləyişindən bəhs edilməyib. Hesabatda son 24 saat ərzində 149 toqquşmanın baş verdiyi qeyd olunub.

Məruzəyə əsasən, müdafiə qüvvələrinin gündə 52 hücumu dayandırdıqları Pokrovski istiqamətində vəziyyət yenə də çox ağırdır.