Davit Ağmaşenebelinin anım günü ilə bağlı Kutaisidə müxtəlif tədbirlər keçiriləcək
Davit Ağmaşenebelinin anım günü ilə bağlı Kutaisidə müxtəlif tədbirlər keçiriləcək

Davit Ağmaşenebelinin kral olaraq taxta çıxmasından 93- il keçdi.

Bu tarixi hadisəyə həsr olunan Davitoba bayramı ilə bağlı Kutaisi şəhərində müxtəlif tədbirlər keçiriləcək.

Gelati kilsəsində edilən dua mərasimindən sonra, tədbir iştirakçıları Davit Ağmaşenebelinin məzarına əklil qoyacaqlar.

Daha sonra isə, tədbir Akaki Tsereteli adına Universitetdə davam edəcək, harda tələbələr öz bədii kompozisiyalarını təqdim edəcəklər.

Müvafiq tədbirlər tarixi muzeydə və İlia Çavçavadze adına elmi kitabxanada da keçiriləcək.

Tədbirlərdə İmereti regionunun qubernatoru Şavleqo Tabatadze və Kutaisinin meri Giorgi Çiğvaria iştirak edəcəklər.