David Bakradze - prosesin normallaşdırılmasına konkret addımlar lazımdır, bu olsa dialoqa da, Parlamentə qayıtmağa da, hazırıq
David Bakradze - prosesin normallaşdırılmasına konkret addımlar lazımdır, bu olsa dialoqa da, Parlamentə qayıtmağa da, hazırıq

Prosesin normallaşdırılmasına konkret addımlar lazımdır, bu olsa dialoqa da, Parlamentə qayıtmağa da, hazırıq, – bu barədə “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, deputat David Bakradze Parlamentin sədrinin çağırışı ilə bağlı bəyan etdi.

Bakradzenin dediyinə görə, “Gürcü Arzusu” öz əsas vədini yerinə yetirmir.

“Gürcü Arzusu” deyir ki, proporsional sistemə keçməyəcəyik və azad və ədalətli seçkilərimiz olmayacaq. “Gürcü Arzusu” ictimaiyyəti və bütün siyasi spektri aldadır. “Gürcü Arzusu” polis və xüsusi təyinatlı dəstənin gücündən insanlara qarşı istifadə edir. Birdən birə Parlamentin sədri bəyan edir ki, bilirsinizmi Parlament prosesidir, demokratiyadır və Parlamentə qayıdın. Bu belə olmur. Hakim qüvvə ictimaiyyəti aldadarkən heç bir Parlament prosesi və domokratiya ölkədə ola bilməz”, – deputat bəyan etdi.

David Bakradzenin dediyinə görə, dialoqun başlanılması konkret addımlar deməkdir. Bu addımları “Gürcü Arzusu” atmır.

Elə onun dediyinə görə, siyasi prosesi küçəyə “Gürcü Arzusu” çıxardı.

Müxalifət Parlamentin büro və plenar iclasında iştirak etmir. Onlar siyasi boykot rejimindədirlər.

Parlamentin sədri, Arçil Talakvadze bu gün büro iclasında Parlament müxalifətini normal siyasi prosesə qayıtmasına doğru çağırdı.