Danimarkada xarici kəşfiyyat əməliyyatlarına yardım etməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb
Danimarkada xarici kəşfiyyat əməliyyatlarına yardım etməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb

 
Danimarkada xarici kəşfiyyat əməliyyatlarına yardım etməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb.

Bu haqda Skandinaviya ölkəsinin polisi məlumat yayır.

Danimarkanın Milli Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin bəyanatına əsasən, Danimarkada yaşayan şəxs Cinayət Məcəlləsinin təsir əməliyyatları ilə əlaqəli maddəsini pozmaqda şübhəli bilinir.

Bununla yanaşı, qurumda məsələnin Avropa Parlamentinin seçkiləri ilə bağlı olmadığını izah edirlər.

Saxlanılan şəxs ehtimal ki, ifadəsi alındıqdan sonra sərbəst buraxılacaq.