Daxili İşlər Nazirliyi iki nəfərin qəsdən öldürülməsi faktı ilə əlaqədar bir nəfəri saxlayıb

 
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları “isti izlər”lə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1980-ci il təvəllüdlü İ.K.-ni ağırlaşdırıcı hallarda iki nəfəri qəsdən öldürmək ittihamı ilə saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Aparılmış istintaqla, təqsirləndirilən şəxsin Tbilisidə, məişət mövzusunda yaranmış münaqişə zəminində qonşuluqda yaşayan 1985-ci il təvəllüdlü B.B.-yə və onun dostu 1984-cü il təvəllüdlü N.A.-ya ov tüfəngindən bir neçə dəfə atəş açmaqla xəsarət yetirdiyi müəyyən edilib. Aldıqları xəsarətlər nəticəsində onların hər ikisi hadisə yerində dünyasını dəyişib.

Polisin həyata keçirdiyi istintaq hərəkətləri nəticəsində İ.K. “isti izlər”lə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət silahını sübut kimi götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “L” yarımbəndi ilə aparılır, bu da ağırlaşdırıcı hallarda iki nəfəri qəsdən öldürməyi nəzərdə tutur.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.