Daily Mail - Paris 2024 Olimpiadasının açılış videosu artan tənqidlər fonunda rəsmi Olimpiya saytından silindi
Daily Mail - Paris 2024 Olimpiadasının açılış videosu artan tənqidlər fonunda rəsmi Olimpiya saytından silindi

Britaniyanın “Daily Mail” qəzetinin yazdığına görə, 2024-cü il Paris Olimpiadasının açılış videosu tənqidlərin artması səbəbindən Olimpiadanın rəsmi səhifəsindən silinib.

Nəşrin məlumatına görə, video YouTube səhifəsindən də silinib.

“Daily Mail” yazır ki, həm Olimpiya Oyunlarının, həm də Paris Oyunlarının nümayəndələri ilə əlaqə saxlayıb, onlar videonun silinməsinin səbəbini açıqlamayıblar.